Azərbaycanlıların yaşadığı kəndin problemlərinə niyə biganə yanaşılır? - VİDEO
Bolnisi bələdiyyəsinin Çatax (Poladauri) kənd sakinləri bir sıra problemlərdən şikayətlənirlər.
Diaspora.TV gürcü mediasına istinadla bildirir ki, kəndin bir çox hissələrində daxili yollar bərbat vəziyyətdədir, kəndə gedən yoldakı körpünü 5 aydır sel suları yuyaraq aparıb, aidiyyatı qurumlar isə problemin həll olunacağını desələr də, heç bir nəticə yoxdur.
Əlbəttə ki, kəndin problemi tək bununla da bitmir. Çatax kəndində içməli su, qaz və işıq problemləri də sakinləri çətin vəziyyətdə yaşamağa məcbur edir.
Daha ətralı sözügedən kəndən hazırlanan video reportajı təqdim edirik: