Tarix: 22.08.2024 / 10:22
Azərbaycanlıların xaricdə icra etdiyi layihələrə niyə    dəstək verməliyik?

Azərbaycanlıların xaricdə icra etdiyi layihələrə niyə dəstək verməliyik?

“Vətəndaşlığı azərbaycanlı olanların xarici bazarlardakı layihələrinə büdcədən güzəştli şəkildə dəstək verilməsi doğru deyil”.

Bu sözləri Diaspora.TV-yə iqtisadçı Xalid Kərimli xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin həm Azərbaycanda, həm də Azərbaycanın dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi layihələrdə iştiraklarına necə dəstək göstərilməsinin yollarından danışarkən deyib.

Azərbaycanda keçirilən layihələrə gəlincə, iqtisadçı bunun üçün hökumətin paketləri olduğunu bildirib:

“Azərbaycanlıların xaricdə icra etdiyi layihələrə Azərbaycan hökuməti niyə dəstək verməlidir? Nədir ki, azərbaycanlıdır? Bunun özü etnikçilik ola bilər. Genetik olaraq azərbaycanlı olduğu üçün onun dünyadakı layihələrinə dəstək haradan verilməlidir? Büdcədən? Büdcə bütün xalqındır. Məsələn, mənim, sənin büdcədəki payını götürüb verirlər Azərbaycan pasportu daşıdığına görə xaricdə yaşayan birinin Amerikada həyata keçirdiyi layihəsinə. Niyə?”.

Ekspertin sözlərinə görə, Azərbaycan investisiya şirkəti var, dövlət bu şirkəti yaradıb ki, Azərbaycan üçün maraqlı layihələrdə onlara dəstək versin:

“Şirkət həmin layihələrə baxır, maraqlı olanlara dəstək verir. Məsələn, mən gedib Kaliforniyada layihə həyata keçirdəcəyəmsə, Azərbaycan hökuməti ona niyə dəstək verməlidir? Bu kimi layihələrin Azərbaycana nə xeyri var?”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...