Moskva polisi Azərbaycan bayrağının müşayiəti ilə hərəkət etən kortejdən atəş açanları saxlayıb.
Diaspora.TV xarici mediaya istinadən xəbər verir ki, polis şəhərin Balaşixa yaşayış kompleksinin həyətində, eləcə də magistral yolda atəş açmağa başlayan toy kortejinin üzvlərini saxlayıb.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsindən bildirilib ki, hadisə Reutovskaya küçəsində baş verib:
"Moskva-Nijni Novqorod yolu ilə hərəkət edən toy kortejindəki maşınlardan birindən havaya atəş açılıb. Hadisə nəticəsində tələfat olmayıb. Polis əməkdaşları hadisə iştirakçılarını saxlayaraq ərazi şöbəsinə aparıblar”.
“Diqqət, Moskva” telegram kanalının xəbərinə görə, Reutovskaya küçəsində həyətdə olan insanlar toy kortejinə, binanın girişindəki rəqslərə, Azərbaycan bayraqları olan avtomobillərin hərəkətinə və göyə boş patronlarla atəş açılmasından qəzəbləniblər.
Hadisə ilə bağlı araşdırma aparılır.