Tarix: 26.05.2024 / 14:18
Azərbaycanlıların Londonda erməni etirazına CAVABI  - Foto/Video

Azərbaycanlıların Londonda erməni etirazına CAVABI - Foto/Video

Xəbər verdiyimiz kimi, mayın 25-də Böyük Britaniyada yaşayan ermənilər Azərbaycanın Londondakı səfirliyi qarşısında etiraz mitinqi keçirib.

Diaspora.TV-nin əldə etdiyi məlumata görə, "Xristian toplusu" adı ilə təşkil olunan mitinq London vaxtı ilə saat 12:00-da baş tutub.

Etiraz aksiyasının təşkilatçıları, ingiltərəli anti-İslam aktivisti Tommy Robinsonun dəstəyi ilə bütün xristianları bir araya gətirməyi və Azərbaycanı xristianlara qarşı təzyiqlərlə ittiham etməyi hədəfləyirdi.

Britaniyada yaşayan azərbaycanlıların Koordinasiya Şurası ermənilərin və təşkilatçıların bu təxribatı ilə bağlı etiraz bəyanatı yayıb.

Diaspora.TV-yə daxil olan Bəyanatda deyilir:

“Biz, bu cür təxribatçı addımları qətiyyətlə pisləyirik. Azərbaycan, müxtəlif dini qrupların sülh və harmoniya içində yaşadığı və ibadət etdiyi çoxmədəniyyətli bir ölkədir. Həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər Azərbaycanın müxtəlif bölgələrində sülh içində birgə yaşayırlar və onların dini hüquqları dövlət tərəfindən qorunur.

Erməni tərəfinin bu cür əsassız ittihamlarla dini konflikt yaratmaq cəhdi yolverilməzdir və bunun böyük mənfi nəticələri ola bilər.

Bu, yalnız regiondakı sabitliyə və təhlükəsizliyə zərər verə bilər. Biz, Azərbaycan Koordinasiya Şurası olaraq, bu təxribatın qarşısını almaq məqsədilə Böyük Britaniya polis orqanlarına və digər müvafiq dövlət qurumlarına rəsmi müraciət etdik”.



Şərhlər

Yaz...