Tarix: 10.07.2024 / 18:05
Azərbaycanlıların istifadə etdiyi  “Utair”a qarşı korrupsiya ittihamı

Azərbaycanlıların istifadə etdiyi “Utair”a qarşı korrupsiya ittihamı

Tümen vilayəti Prokurorluğu “Utair” aviaşirkətinin vitse-prezidenti Vladimir Protasova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvətxorluqda ittiham irəli sürülən cinayət işini məhkəməyə göndərib.

Diaspora.TV Rusiya KİV-nə istinadən xəbər verir ki, müstəntiqlərin fikrincə, o, aviadaşıyıcının beynəlxalq reysləri üçün endirimli qiymətə rezervasiya təmin edib və bilet satışı agentliyi olan Level Sky MMC-nin xeyrinə kvotaları şişirdib. Aviaşirkətə dəyən ziyan 34 milyon rubl təşkil edib.

Vladimir Protasovun ümumi məbləği 43 milyon rubldan çox olan əmlakına həbs qoyulub. Çərşənbə axşamı Tümen vilayətinin prokurorluğu “Utair” aviaşirkətinin vitse-prezidentinə qarşı cinayət işinin Tümenin Mərkəzi rayon Məhkəməsinə verildiyini bildirib.

“Utair” aviaşirkəti sərnişin daşımaları və sərnişin dövriyyəsi baxımından Rusiyada ən böyük şirkətlərdən biri hesab olunur.

Rəsmi saytın məlumatına görə, bir sıra ölkələrə, o cümlədən Azərbaycana beynəlxalq uçuşlar həyata keçirir. “Utair” həmçinin yanacaq-energetika kompleksi və dövlət sektoru müəssisələrinə xidmət göstərir.

Şərhlər

Yaz...