“İran İslam Respublikası Azərbaycan xalqı üçün ikinci vətən sayılır”.
Diaspora.TV “Tasnim News”a istinadla xəbər verir ki, bu sözləri İranın ali dini rəhbəri Əli Xameneyinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi Əhməd Mütəhərri deyib.
O, bu barədə “Azərbaycan xalqının İran xalqına olan sevgisi”dən danışarkən bildirib.
“İranla qonşu ölkələr arasında iqtisadi əlaqələrin inkişafı siyasi fikir ayrılıqlarının ortaya çıxmasını minimuma endirir... Araz Azad İqtisadi Zonası İran və Ermənistan arasında yeganə ümumi sərhəd nöqtəsidir və bu bölgənin strateji xüsusiyyətləri iki ölkə arasında hərtərəfli əlaqələri artıra bilər”, - deyə o vurğulayıb.