Tarix: 05.05.2024 / 22:52
Azərbaycanlıların da sıx yaşadığı  Xarkovun mərkəzi atəşə tutulub

Azərbaycanlıların da sıx yaşadığı Xarkovun mərkəzi atəşə tutulub

Bu gün Rusiya ordusu azərbaycanlıların da sıx yaşadığı Xarkovun mərkəzini atəşə tutub.

Diaspora.TV xəbər verir ki, nəticədə bir neçə nəfər yaralanıb.

Xarkov şəhər meri İqor Terexov teleqram səhifəsində partlayışın yaşayış massivində baş verdiyini yazıb:

“İlkin olaraq beş yaralı ilə məlumat var, müvafiq xidmətlər tərəfindən müayinələr davam etdirilir. Yaralıların sayı artmaqdadır”.

Xarkov Şəhər Prokurorluğunun yaydığı məlumata görə, yaralıların sayı 15 nəfərə çatıb.

Qeyd edək ki, yaralananların kimliyi ilə bağlı heç bir məlumat verilmir.


Şərhlər

Yaz...