Tarix: 07.07.2024 / 21:30
Aralarında azərbaycanlıların da olduğu 588 miqranta   "kömək edən" polis həbs edilib

Aralarında azərbaycanlıların da olduğu 588 miqranta "kömək edən" polis həbs edilib

Volqoqradda miqrantların leqallaşdırılmasında köməklik edən keçmiş polis mühakimə olunub.

Diaspora.TV Rusiya KİV-nə istinadən xəbər verir ki, volqoqradlı keçmiş polis miqrantlara sənədlərlə kömək etməklə pul qazanıb və real cəza alıb.

Həmin şəxs Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad üzrə 1 saylı miqrasiya şöbəsinin müfəttişi işləyib. O, vəzifə səlahiyyətlərindən istifadə edərək əcnəbilərə ölkədə qeyri-qanuni qalmaq imkanı yaratmaqla pul qazanıb.

Polis işçisi sənədlərə qəbul edən tərəf haqqında yalan məlumatlar daxil edərək faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan iki fərdi sahibkarı işəgötürən kimi göstərib. Nəticədə Azərbaycan, Ermənistan, Qırğızıstan, Tacikistan və Özbəkistanın 588 vətəndaşı Volqoqrad vilayətində qondarma iş icazəsi alıb.

Hüquq-mühafizə orqanı əməkdaşı Rusiya Federasiyasının ərazisində olması üçün qanuni əsasları olmayan əcnəbilərin qeydiyyata alınması üçün daha 20 min rubl alıb. Məhkəmə təqsirləndirilən şəxsi qanunsuz miqrasiyanın təşkilində təqsirli bilib və 5 il müddətinə ümumi rejimli koloniyaya göndərib. Ona həmçinin 200 min rubl cərimə də kəsilib.

Qeyd edək ki, Moskva vilayətində Yakovlevo kəndindəki kənd təsərrüfatı müəssisəsinin ərazisində qeyri-qanuni məskunlaşan 45 qeyri-qanuni miqrantın aşkar edilməsi üçün drondan istifadə edilib.

Şərhlər

Yaz...