Tarix: 06.05.2024 / 10:27
Diasporun yaşadığı ölkənin mediasına nüfuz etməsi üçün...  - Diaspor rəhbəri

Diasporun yaşadığı ölkənin mediasına nüfuz etməsi üçün... - Diaspor rəhbəri

“2017-ci ildə Azərbaycan Mədəniyyət Mərkəzini Qazaxıstanın Türküstan vilayətinin Sayıram rayonunda qurmuşuq. Ardıcıl olaraq görüşlər keçirmişik və həmvətənlərimizlə mədəni maarifçilik mövzulu bir çox tədbirlərə, layihələrə imza atmışıq”.

Bu sözləri Diaspora.TV -yə açıqlamasında Türküstan vilayəti Qarabağ-Azərbaycan Etnomədəniyyət Mərkəzinin rəhbəri Ramilə Mustafayeva deyib.

Onun sözlərinə görə, mərkəzin fəaliyyəti dövründə prioritet istiqamət kimi Azərbaycan mədəniyyəti, milli adət-ənənələrinin ən yüksək səviyyədə tanıdılması və təbliği olub:

“Analar Şurası və Gənclər Komitəsinim yaradılmasına, eləcə də rəqs qrupları və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə “Bazar günü” məktəbini açmağa nail olmuşuq. Burada yaşayan azərbaycanlıların bir araya gəlməsi məsələsində problem yaşayırıq. Bu da bizim üçün çətinlik törədir”.


Mərkəz rəhbəri bildirib ki, Azərbaycan diasporunun yaşadığı ölkənin mediasına nüfuz etməsi üçün bir sıra önəmli məsələlər nəzərə alınmalıdır:

“Sıx-sıx televiziya və radio proqramlarına dəvət alan biri kimi deyə bilərəm ki, burada iki məsələ daha çox önəmlidir: dil məsələsi və kütləvilik. Azərbaycanla bağlı verilişlər, sənədli filmlər, proqramlar tərcümə olunmalı və daha geniş kütləyə çatdırılmalıdır. Eləcə də Azərbaycan telekanalları ilə telekörpü də bu məsələdə çox gözəl və sınanmış ideyadır”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...