Tarix: 17.07.2024 / 10:37
Azərbaycanlıların adı 1000-dən çox miqrantı    leqallaşdırmada hallanır

Azərbaycanlıların adı 1000-dən çox miqrantı leqallaşdırmada hallanır

Sankt-Peterburqda hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya Federasiyasında mindən çox miqrantı leqallaşdıran şirkəti ləğv ediblər.

Diaspora.TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Üç Rusiya və iki Azərbaycan vətəndaşı olan fırıldaqçılar qeyri-qanuni mühacirlərin miqrasiya qeydiyyatı ilə bağlı yardım ala biləcəyi şirkət açıblar.

Şirkətin ofisi “Yujnıy” miqrasiya mərkəzi ilə eyni küçədə yerləşirmiş. Dələduzlar pul müqabilində miqrantların olduqları yerə gəlişi ilə bağlı bildiriş blanklarına qəbul edən tərəf haqqında yalan məlumatlar daxil ediblər. Əcnəbilərə tibbi müayinə xidməti də göstərilib. Qeydiyyat başa çatdıqdan sonra sənədlər miqrasiya mərkəzinə təhvil verilib.

Cinayət sxeminə ayrı-ayrı şəxslərlə yanaşı, bir sıra hostellər də cəlb olunub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin mənzillərində və ofislərində axtarış aparıb, telefonlarını, kompüter avadanlıqlarını, mühasibat sənədlərini götürüblər.

Bundan əvvəl Ufada miqrantların işgəncəyə məruz qalmış 16 uşağı saxlanıb.

Şərhlər

Yaz...