Tarix: 18.07.2024 / 14:05
Azərbaycanlıları gürcü cəmiyyətində nüfuzdan salan kimlərdir?

Azərbaycanlıları gürcü cəmiyyətində nüfuzdan salan kimlərdir?

“Erkən yaşda evlilik dünyanın hər yerində var. Gürcüstanda da eyni durum SSRİ vaxtında da sürətlə yayılmışdı”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Gürcüstanın “Vahid Milli Hərəkatın”ın Marneuli rayon təşkilatının sədri Azad Kərimov bildirib.

Onun sözlərinə görə, bunun səbəbi çoxuşaqlı ailələrdə yoxsulluq və təhsilin aşağı səviyyədə olması nəticəsində valideynlərin qərarı ilə gənclərin zorla evləndirilməsidir:

“Bu da uşaqların sevgisiz böyüməsinə səbəb olurdu. Günü-gündən dünya inkişaf etməyə başladı, insanlar özləri artıq bu səhv qərarlardan qurtulmağa çalışdılar. Gürcüstana inteqrasiya etmişlər iddia edir ki, azərbaycanlıların çoxu erkən evlənir. Amma belə bir hal təkcə Gürcüstanda deyil, ABŞ, Avropa, Türkiyə, Azərbaycan, Çin, Orta Asiya və başqa ölkələrdə də var. Keçmişə baxanda bu kimi evliliklər çox azalıb. Artıq Gürcüstanda gənclərimiz erkən yaşda evlənmək deyil, təhsilə yönəlirlər”.


A.Kərimov əlavə edib ki, azərbaycanlıları gürcü cəmiyyətində nüfuzdan salan bəzi fəallarımızdır:

Gürcülərdə və başqa millətin nümayəndərlərində erkən evlilik olanda TV, sosial mediada səsləri çıxmır. Təəssüf ki, bizdə bu kimi hadisə olanda imkanları çatan yerlərdə paylaşırlar. Erkən evliliklə bağlı isə heç bir addım atmayanlar çıxıb, etmədikləri işləri danışırlar”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...