Türkiyənin İğdır vilayətində Gürcüstana aid “GS 922 SS” dövlət nömrə nişanlı avtobusun xəndəyə aşması nəticəsində 2 nəfər xəsarət alıb.
Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, qəza Naxçıvan-İğdır avtomobil yolunda baş verib. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan avtobus idarəetmədən çıxaraq aşıb.
Avtobusda olan 62 yaşlı Gürcüstan əsilli Ramiz Ahverdiyev və 46 yaşlı Azərbaycan əsilli Süleyman Kərimoğlu xəsarət alıb və xəstəxanaya aparılıb. Müxtəlif yerlərində çoxsaylı sınıqlar olan yaralılar müalicə olunur.
Hadisə səhər saat 07:00 radələrində Naxçıvan-İğdır yolunun Taşburun kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İrandan yola düşərək, Azərbaycan və Türkiyə üzərindən Gürcüstana gedən, sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan, “Gürcüstan” markalı avtobus idarəetmədən çıxaraq, xəndəyə aşıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.