Tarix: 01.11.2024 / 08:25
Azərbaycanlılara görə qaydaları sadələşdirə bilmərik    - Vəkil

Azərbaycanlılara görə qaydaları sadələşdirə bilmərik - Vəkil

“Ölkəyə giriş-çıxış qaydaları sadələşdirilsə, bu, Azərbaycana gələn bütün xarici vətəndaşlara da şamil olunacaq. Qaydalar yalnız azərbaycanlılar üçün sadələşdirilə bilməz!”

Bu sözləri Diaspora.TV-yə açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Vəkil beynəlxalq hüquq deyilən anlayışın olduğunu vurğulayıb:

“Buna görə biz qaydaları sadələşdirə bilmərik. Bu məsələdə milli ayrı - seçkilikdə ittiham oluna bilərik”.

Vəkilin sözlərinə görə, qaydaların sərtləşdirilməsi iqtisadi, siyasi, sosial və təhlükəsizlik kimi səbəblərdən qaynaqlanır:

“Dövlət başçısı sərhədlərimizin COVİD-ə görə deyil, əslində təhlükəsizlik məsələlərinə görə bağlı olmasını açıqladı. Biz qaydaları yumşaltsaq, gərək bunu hamı üçün edək. Gürcüstanda, Rusiyada yaşayan soydaşlarımız var, amma eyni ilə İranda da milyonlarla azərbaycanlı yaşayır. Biz haradan bilək ki, İrandan ölkəmizə gələn soydaşlarımızın arasında kimlər İranın xüsusi xidmət orqanlarına işləyirlər? Bu hal Rusiya, Gürcüstanla da baş verə bilər. Az olub belə hadisələr?”

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...