“Azərbaycanlılar xarici ölkələrdə pərən-pərən düşüb. Bundan əlavə fərqli baxışları da var. Bu da bizim güclü diaspor formalaşdırmağımıza mane olur”.
Bu sözləri Diaspora.TV-yə politoloq Elxan Şahinoğlu deyib.
O, diasporanın xarici ölkələrdə fərqli nümayəndələrinin olduğunu diqqətə çatdırıb:
“Onlardan bir qrup ölkəsinə dəstək verir, açıqlamalarla çıxış edir. Bir qrup da öz biznesi ilə məşğuldur. Bizneslə məşğul olanların özləri də vətən həsrəti ilə yaşayır. Hərdən vətənə gəlib-gedirlər. Amma elələri də var ki, heç nəyə, hətta əlaqəyə də maraq göstərmirlər. Belələri həm Azərbaycandan gedənlər, həm də güneylilər arasında da var”.
Politoloq xarici ölkələrdə fəal güneylilərin daha çox olduğunu diqqətə çatdırıb:
“Amma etiraf edək ki, passivləri də var, ancaq öz işləri ilə məşğul olurlar. Çox təəssüf ki, bu da bizə imkan vermir ki, ölkədən kənarda güclü diaspora formalaşdıraq. Məsələn, ermənilər xarici ölkələrdə bir yumruq kimi birləşiblər, hədəfləri birdir. Türkiyə və Azərbaycana qarşı siyasət formalaşdırırlar”.
Jalə
Diaspora.TV