Tarix: 26.09.2024 / 13:30
Azərbaycanlılar üçün ölkəyə giriş sadələşdirilməlidir    - Araşdırmaçı

Azərbaycanlılar üçün ölkəyə giriş sadələşdirilməlidir - Araşdırmaçı

"Xaricdə yaşayan azərbaycanlılarla bağlı yanaşmalarda istisnalar mütləq olmalıdır. Çox yaxşı olardı ki, müəyyən səbəblərdən xaricdə yaşayan, işləyən soydaşlarımıza doğmaları ilə görüşmək, vətəndə qalmaq üçün viza müddəti artırılsın”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında araşdırmaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə, eyni zamanda Türkiyədə, İraqda yaşayan azərbaycanlılar, güneylilər və Gürcüstanlı soydaşlarımızla bağlı qaydalara dəyişiklik edilməlidir:

“Xüsusən də Güney Azərbaycan türkləri sərbəst şəkildə Azərbaycanda yaşamaq, işləmək imkanı əldə etməlidirlər. Yaxşı olar ki, onlara ali məktəblərdə təhsil almaq imkanları yaradılmalı, mövcud qaydalar onlar üçün sadələşdirilməlidir”.

Elman Cəfərli bildirib ki, hətta güneyli gənclər Azərbaycanın ali məktəblərində ödənişsiz təhsil almalı, onlara təqaüd də verilməlidir:

“Çünki İranda Azərbaycan dili yasaq edilib. Ana dilimiz məişətdə qorunub saxlanılır. Bakıda, Naxçıvanda, Gəncədə 4 il, 6 il təhsil almış güneyli hazır kadra, könüllü ana dili missionerinə çevrilir”.

Elman Cəfərli təklif edib ki, gürcüstanlı soydaşlarımız üçün də oturum qaydaları sadələşdirilsə yaxşı olar:

“Niyə onlar hamı kimi 90 gündən sonra sərhədi keçməli, yenidən qayıtmalıdır? Rusiyapərəst deputatların, məmurların qəbul etdiyi bu qərar dəyişməlidir".

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...