Tarix: 19.06.2024 / 18:13
Azərbaycanlılar Rusiyada neft oğurluğuna görə   həbs edildilər

Azərbaycanlılar Rusiyada neft oğurluğuna görə həbs edildilər

Rusiya Federasiyası Novosibirsk vilayətinin Barabinski rayon məhkəməsində Omsk-İrkutsk neft kəmərindən cinayət yolu ilə neft oğurlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub.

Diaspora.TV rus mediaya istinadla xəbər verir ki, 2023-cü ilin yanvarında Novosibirsk vilayətinin Barabinsk şəhərində Transneft Qərbi Sibir şirkətinin təhlükəsizlik şöbəsinin əməkdaşları sənaye zonasının ərazisində yerləşən Omsk-İrkutsk neft kəmərinə icazəsiz qoşulma faktı aşkar ediblər.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində neft-nəqliyyat müəssisəsinin mühafizə şöbəsinin əməkdaşlarının köməyi ilə Azərbaycan Respublikasının vətəndaşları Z.Dilanov və S.Ağakişiyev saxlanılıb.

Oğurlanmış neftin həcmi 5 min m³-dən çox olub, cinayət işi açılıb.

2024-cü ilin mayında məhkəmə müttəhimləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci ("Xüsusilə külli miqdarda oğurluq") maddəsi ilə cəzalarını ümumi rejimli islah koloniyasında çəkmək üçün 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Qeyd edək ki, 92 milyon rubldan artıq məbləğdə mülki iddia tam təmin edilib.

Diaspora.TV

Şərhlər

Yaz...