Rusiyada bir neçə azərbaycanlı Barvixadada qızın müdafiəsinə qalxan xokkeyçiyə hücum ediblər.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, bir qrup azərbaycanlı kişi hay-küy salıb və buna görə də yerli sakin olan bir xanım onları danlayıb. Bundan sonra azərbaycanlı kişilər qadını təhqir ediblər. Bu zaman xokkeyçi Denis həmin qadının müdafiəsinə qalxıb. Münaqişə zamanı azərbaycanlılardan biri ona bıçaqla xəsarət yetirib.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, hazırda reanimasiyadadır.