Azərbaycanlılar polis şöbəsinin önündə etiraz aksiyası keçirdi - VİDEO
Marneuli şəhərinin 26 may küçəsində Ayvazovlar ailəsində baş verən oğurluq hadisəsi ilə bağlı sözügedən küçənin sakinləri Marneuli polis şöbəsinin önündə etiraz aksiyası keçiriblər.
Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, zərərçəkən İsmayıl Ayvazovun sözlərinə görə, bir qadın ev sahibləri evdən çıxdıqdan sonra müxtəlif vaxtlarda evə daxil olaraq külli miqdarda qızıl və 300-lari oğurlayıb.
Zərəçəkmişin sözlərinə görə, müşahidə kamerasında oğurluq edən şəxsin hərəkətləri anba-an qeyd olunub, lakin polis qadını hamilə olduğu üçün sorğudan sonra sərbəst buraxıb
Sözügedən məsələ ilə bağlı daha ətraflı reportajı təqdim edirik: