Tarix: 05.10.2024 / 21:50
Azərbaycanlılar muzey direktorunu   döydülər

Azərbaycanlılar muzey direktorunu döydülər

Xakasiyada iki azərbaycanlı muzey direktoruna bədən xəsarəti yetirməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaq.

Diaspora.TV xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, 2023-cü il iyulun 23-də Ust-Abakan rayonunun Verşino-Bidja kəndi yaxınlığında “Salbıq çölünün qədim kurqanları” muzeyinin direktoru turist qrupunu müşayiət edib.

Bu zaman Muzey direktoru yaxınlıqdakı fermada işləyən iki Azərbaycan Respublikası vətəndaşı tərəfindən avtomobildə təqib edilməyə başlayıb.

Bu zaman azərbaycanlılar muzey direktorunun yolda it vurduğunu güman edərək, öz maşınlarında ona yetişib, yolunu kəsiblər.

Turistlərin gözü qarşısında miqrantlar müdirin paltarından tutmağa başlayıblar. Onu kabinədən çıxarıblar və hücum edənlərdən biri onun üzünə ən azı üç yumruq zərbəsi endirib.

Məlumata görə, it direktorun avtomobilini qovub, sonra isə kənara qaçıb.

Azərbaycanlılara Rusiya Federasiyası Cinayət Məcəlləsinin 116-cı (Xuliqanlıq motivləri ilə döyülmə) maddəsi ilə cinayət işi açılıb

Şərhlər

Yaz...