Tarix: 28.10.2024 / 15:50
Azərbaycanlılar Krasnoyarskda satış şəbəkəsinə     basqın zamanı tutuldu

Azərbaycanlılar Krasnoyarskda satış şəbəkəsinə basqın zamanı tutuldu

Rusiya polisinin Krasnoyarsk diyarında iri pərakəndə satış şəbəkələrindən birinin taxta emalı bazası, istehsal və logistika kompleksi və paylama mərkəzində keçirdiyi genişmiqyaslı basqından sonra 240-dan çox qeyri-rus polis şöbəsinə aparılıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional qərargahı xəbər yayıb.

Basqının nəticələrinə əsasən, müstəntiqlər miqrasiya qanunvericiliyini pozan Özbəkistan, Azərbaycan, Tacikistan və Qırğızıstan respublikalarının Krasnoyarsk şəhərində olan vətəndaşlarını müəyyən ediblər. Onlardan 12-si ölkədən çıxarılacaq.

Qanunsuz miqrasiyanın təşkili və əcnəbi vətəndaşların qondarma qeydiyyatı əlamətlərini özündə əks etdirən 9 material da qeydə alınıb. Miqrasiya sahəsində 38 inzibati xəta müəyyən edilib.

Həbs edilənlər arasında olan Rusiya vətəndaşlığını qəbul etmiş iki əcnəbi müharibəyə aparılıb.

Şərhlər

Yaz...