Tarix: 08.05.2024 / 09:51

AZƏRBAYCANLILAR BURADA BAŞSIZ İDİ...

“Diasporla gündəm”də azərbaycanlı milyonçu, Qafqaz Səhmdar Cəmiyyətinin təsisçisi, mərhum Ağabala Quliyevin Stavropolda sahibsiz qalan dəyirmanı müzakirə mövzusu olub.

Diaspora.TV olaraq Azərbaycan Milli Mədəniyyət Mərkəzi “Odlar Yurdu” diaspor təşkilatının rəhbəri Fəxrəddin Yarıyevlə əlaqə saxladıq.

F.Yarıyevlə Stavropolda Azərbaycan icması və Ağabala Quliyevin mülkləri haqqında söhbət aparılıb.

F.Yarıyev təəssüflə bildirib ki, sözügedən bina artıq bir neçə ildir başqa şəxslər tərəfindən satın alınıb:

“Tarixi əhəmiyyətli buxar çarxlı dəyirman binası 1902-ci ildə Stavropolun Yarmarka Meydanının cənub tərəfində Maykop taciri İvan Baranov tərəfindən tikilib və o dövrdə ən məhsuldar və qabaqcıl texnologiya ilə təchiz olunub. 1908-ci ildə dəyirmanı bakılı milyonçu, Qafqaz Səhmdar Cəmiyyətinin təsisçisi Ağabala Quliyev alıb və onu tamamilə yenidən qurub”.

F.Yarıyev bildirib ki, A.Quliyevin tikdirdiyi mülklə bağlı Stavropol qubernatoruna da müraciət edib:

“Təəssüf ki, həmin mülk başqasının şəxsi əmlakı olduğu üçün heç nə etmək mümkün olmadı”.

Qeyd edək ki, problemi ilk dəfə bu günlərdə Azərbaycan mediasında 52 ildir Stavropolda yaşayan Məhərrəm Mirzəyev adlı soydaşımız qaldırmışdı. M.Mirzəyev bildirmişdi ki, məsələ ilə bağlı Stavropolda müvafiq qurumlara da müraciət edib.

Şərhlər

Yaz...