Tarix: 22.10.2024 / 14:00
Diaspor təşkilatlarının birliyinə əngəl törədən amillər var  - Politoloq

Diaspor təşkilatlarının birliyinə əngəl törədən amillər var - Politoloq

“Dünyanın müxtəlif coğrafiyalarında 50 milyondan artıq azərbaycanlı yaşayır. Lakin azərbaycanlılar arasında əlaqələr, koordinasiya zəifdir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Politoloq vurğulayıb ki, Azərbaycan dövləti dünya azərbaycanlılarının vahid vətəni olmaqla, onlar arasında birliyin təmin edilməsi, birgə fəaliyyətlərinin şərtləndirilməsi istiqamətində lazımlı addımları atmaqdadır:

“Və hər zaman bu istiqamətdə addım atmağa hazır olduğunu nümayiş etdirir. Dünya azərbaycanlıları, ümumiyyətlə, dünyanın müxtəlif coğrafiyalarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Azərbaycan dövlətinin prioritetlərinə çatması naminə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidirlər”.

Elşad Mirbəşiroğlu onu da bildirib ki, Azərbaycan diaspor təşkilatlarının birliyinə əngəl törədən müəyyən amillər də mövcuddur:

"Konkret olaraq maraqlı tərəflər, amillər var ki, onlar Azərbaycan diasporunun koordinasiyalı şəkildə fəaliyyətinin qarşısını almağa çalışırlar. Burada erməni diaspor təşkilatlarını ayrıca qeyd etmək lazımdır. Onlar azərbaycanlılarla fikir ayrılığının meydana gəlməsində hər zaman maraqlı olublar və bu istiqamətdə fəaliyyət göstəriblər. Nəzərə almaq lazımdır ki, Cənubi azərbaycanlıların diaspor təşkilatları ilə Azərbaycan, türk diaspor təşkilatları arasında uğurlu əməkdaşlıq sistemi bu gün də qurulmayıb”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...