Tarix: 09.08.2024 / 11:21
Qətl törədərək qaçan azərbaycanlıdan rüşvət alan  polis həbs edildi

Qətl törədərək qaçan azərbaycanlıdan rüşvət alan polis həbs edildi

Moskvanın Basmannı rayon Məhkəməsinin qərarı ilə Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin yol polisi xidmətinin inspektoru vəzifəsini tutan Dmitri Anatolyeviç Bovtunova qarşı həbs-qətimkan tədbiri seçilib.

Diaspora.TV Rusiya KİV-nə istinadla xəbər verir ki, D.Bovtunov xidməti vəzifəsini yerinə yetirərkən azərbaycanlı Şahin Abbasovun idarə etdiyi avtomobili saxlayıb.

Sürücülük vəsiqəsi olmayan Ş.Abbasov həbs olunmamaq üçün yol polisi müfəttişinə rüşvət təklif edib. Bovtunov da razılaşaraq, ondan 30 min rubl məbləğində pul istəyib və rüşvəti aldıqdan sonra Ş.Abbasovu buraxıb.

Sonradan məlum olub ki, Ş.Abbasov qətl törədərək qaçıb və axtarışda olub. Bu fakt da ortaya çıxandan sonra polis işçisinin cəzası artırılıb və onun 3 il müddətində dövlət orqanlarında işləyə bilməyəcəyinə dair qərar çıxarılıb.

Şərhlər

Yaz...