Tarix: 26.11.2024 / 10:30
Azərbaycanlı yeniyetməyə həbs    cəzası verildi

Azərbaycanlı yeniyetməyə həbs cəzası verildi

Noyabrın 13-də 17 yaşlı güneyli Nigar Dəbbaği İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Diaspora.TV xəbər verir ki, Təbriz İnqilab Məhkəməsi Baharıstan Peşə Kollecinin tələbəsi olan Nigar Dəbbağiyə qarşı “insanları ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətməyə sövq etmək”, “İslam müqəddəslərini təhqir etmək”, “dövlət quruluşuna qarşı təbliğat aparmaq”, “ölkə rəsmilərini və məmurları təhqir etmək”, “ölkənin ali rəhbərini təhqir etmək” kimi ittihamlar irəli sürüb.

Bildirilib ki, ittihamnamədə “müttəhimin peşman olmaması” da vurğulanıb.

Qeyd olunub ki, güneyli xanım astma xəstəliyindən əziyyət çəkir və yaxınları onun zindanda ağır şəraitdə saxlanılmasından narahatdırlar.

Hüquq müdafiəçilərinin sözlərinə görə, Nigar Dəbbağidən məcburi etiraf almaq istəyirlər. Onun mobil telefonu da müsadirə edilib. /GADTB


Şərhlər

Yaz...