Tarix: 05.12.2024 / 16:15
Azərbaycanlı yazarın kitabı    Türkiyədə təqdim olundu

Azərbaycanlı yazarın kitabı Türkiyədə təqdim olundu

Türk Ədəbiyyatı Vəqfinin Sultanəhməddəki baş qərargahında azərbaycanlı şairə Aysel Xanlarqızının “Pəncərəmə Günəşi Çək” və “Sən Gəldin” adlı kitablarının imza günü keçirilib.

Diaspora.TV xəbər verir ki, “Türk Ədəbiyyatı” jurnalının baş redaktoru İmdat Avşar tədbirdən əvvəl bildirib ki, son illərdə türk dünyasında ölkələr arasında böyük bir yaxınlaşma var. Bu yaxınlaşma xüsusilə mədəniyyət sahəsindəki araşdırmalarla dəstəklənməlidir:

"Bu, qazax, türkmən, özbək və Azərbaycan ədəbiyyatında yazılan mətnlərin türk dilinə çevrilərək ortaq bir dildə geniş yayılması üçün çox mühüm mədəni addımdır. Bu çərçivədə mədəniyyət və ədəbiyyat körpüsü qurmaq lazımdır. A.Xanlarqızının şeir kitablarının Türkiyə türkcəsinə çevrilməsi və türk oxucularına təqdim edilməsi ortaq məxrəc çıxarmaq baxımından əhəmiyyətli bir işdir”, - deyə o, bildirib.

Türk Ədəbiyyatı dərgisinin baş redaktoru Ənvər Uğur Akyol isə Xanlarqızının şeirlərini oxuyarkən fərqli təbəqələrdə ortaya çıxan bir qadın həssaslığını görməyin mümkün olduğunu deyib.

Xanlarqızı təəssüratlarını bölüşərkən bir Azərbaycan şairi kimi kitablarının türkcəyə çevrilməsindən dolayı son dərəcə məmnun olduğunu dilə gətirib.

"Şeirlərimin türk dilini bilən bir çox ölkələrin oxucuları ilə tanış olmasından qürur duyuram. Onların kitablarımı oxuyub tanımaları son dərəcə həyəcanvericidir",- deyə azərbaycanlı şair deyib.


Şərhlər

Yaz...