Tarix: 06.07.2024 / 13:25
Azərbaycanlı xanım fəala edam  cəzası çıxarılıb

Azərbaycanlı xanım fəala edam cəzası çıxarılıb

Fars-molla rejimi işçi hərəkatı fəallarından olan və hazırda Rəşt şəhərinin Lakan zindanında həbsdə saxlanılan azərbaycanlı xanım fəal Şərifə Məhəmmədini edama məhkum edib.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Xanım fəalın həyat yoldaşı Sirus Fəthi deyib ki, xanımı Məhəmmədiyə qarşı edam cəzası “Xaricdə sistemə müxalif olan təşkilata üzv olmaq” ittihamına görə çıxarılıb.

Miliyyətcə türk olan Şərifə Məhəmmədi 5 dekabr 2023-cü ildə həbs edilərək Lakan zindanına köçürülüb.

Bir neçə gün əvvəl xanım fəalın anası türk dilində videomüraciət yayaraq, qızının taleyindən nigaran olduğunu deyib, onun barəsində saxta ittihamlarla ağır qərar çıxarılacağından narahatlığını ifadə etmişdi.




Şərhlər

Yaz...