Tarix: 02.09.2024 / 15:28
Azərbaycanlı xanım 300 vokalçının    arasından seçildi

Azərbaycanlı xanım 300 vokalçının arasından seçildi

Azərbaycan təmsilçisi Nigar Cəfərova “Böyük Opera” beynəlxalq müsabiqəsinə ilkin seçimdən keçib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, “Böyük Opera” layihəsinin səkkizinci mövsümündə iştirak etmək üçün keçirilən dinləmələrdə Rusiya, Azərbaycan, Belarus, Özbəkistan, Latviya, Qazaxıstan, Serbiya, Çin, İsrail və Ermənistandan 300 vokalçı iştirak edib.

Nəticələrə əsasən, təşkilat komitəsi 21 namizədi seçib. İfaçılar simfonik orkestrin müşayiəti ilə “Rossiya-Mədəniyyət” telekanalına təkbətək dinləmələrə dəvət olunacaqlar. Bundan sonra münsiflər heyəti yeni mövsüm üçün 10 iştirakçının adını açıqlayacaq. Çəkilişlər 2025-ci ildə aparılacaq.

Şərhlər

Yaz...