Tarix: 23.10.2024 / 11:50
Azərbaycanlı vəkilin işi üzrə daha bir həmkarı     saxlanıldı

Azərbaycanlı vəkilin işi üzrə daha bir həmkarı saxlanıldı

Azərbaycanlı keçmiş vəkil Elman Paşayevin işi üzrə həmkarı Faiq Həsənov Donetskdə saxlanılıb.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi ilə müqavilə bağlayan məhbusların pul müqabilində arxa cəbhədə qalmasına Faiq Həsənov şərait yaradıb. Güman edilir ki, maliyyə əməliyyatları onun vasitəsilə həyata keçirilib.

Belə ki, 95-ci motoatıcı alayındakı mənbə bildirib ki, Faiq Həsənov komandir Viktor Moskalenkonun sağ əlidir. Elman Paşayevlə münasibətlər onun alaya gəldiyi andan möhkəmlənməyə başlayıb. Həsənov vəsaitin keçmiş vəkilə köçürülməsinə şərait yarada bilib.

Hazırda hərbi müstəntiqlər Paşayevin işi ilə bağlı əsgərləri dindirirlər.




Şərhlər

Yaz...