İkinci Qərb Rayon Hərbi Məhkəməsi, xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilən azərbaycanlı vəkil Elman Paşayevin həbs müddətini uzadıb. O, yanvarın 15-dək istintaq təcridxanasında qalacaq.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd olunub ki, E.Paşayev günahını etiraf etməyib. Ona qarşı cinayət işinin blogger Aleksey Blinovskinin ifadəsi əsasında qurulduğunu bildirib.