Tarix: 14.11.2024 / 08:33
Azərbaycanlı vəkilin   həbs müddəti uzadıldı

Azərbaycanlı vəkilin həbs müddəti uzadıldı

Moskva Qarnizonu Hərbi Məhkəməsi xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilən azərbaycanlı sabiq vəkil Elman Paşayevin həbs müddətini uzadıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Moskva Qarnizonu Hərbi Məhkəməsinin qərarı ilə təqsirləndirilən Paşayev barəsində həbs qətimkan tədbirinin müddətinin yanvarın 15-dək uzadılması ilə bağlı istintaq orqanının vəsatəti təmin edilib”, - deyə məlumatda bildirilib.

Şərhlər

Yaz...