Tarix: 19.11.2024 / 11:45
Azərbaycanlı vəkilin    707 min vergi borcu var

Azərbaycanlı vəkilin 707 min vergi borcu var

Təsisçisi dələduzluqda təqsirləndirilən azərbaycanlı keçmiş vəkil Elman Paşayev olan hüquq firmasının 25 min 200 rubldan çox borcu var. Bundan başqa, Paşayevin özü 707 min rubldan çox vergi borcunu ödəməyib.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, noyabrın 18-də vergi borcunun ödənilməsi tələbi yerinə yetirilmədiyi üçün şirkətin hesabları bağlanıb. Mənfi balans 25 286 rubl təşkil edib. Bundan başqa, Paşayev 707258 rubl vergi ödəməlidir.

Qeyd edək ki, Paşayev barəsində xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başlanıb .


Şərhlər

Yaz...