Tarix: 24.09.2024 / 17:10
Azərbaycanlı vəkilə qarşı 3 milyonluq yeni iddia  - VİDEO

Azərbaycanlı vəkilə qarşı 3 milyonluq yeni iddia - VİDEO

Azərbaycanlı keçmiş vəkil Elman Paşayev saxta yaraya görə 3 milyon rubl almaqda şübhəli bilinir.

Diaspora.TV xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Müstəntiqlər hesab edirlər ki, keçmiş vəkil dövlət müavinəti almaq üçün özünü qəsdən döyüşdə yaralanan elan edib. Bir gün əvvəl təhlükəsizlik qüvvələri bütün günü Paşayevin həmkarlarını - 95-ci motoatıcı alayın komandiri Viktor Moskalenko və daha iki nəfəri dindiriblər. Bundan başqa, hüquq-mühafizə orqanları Paşayevə saxta arayış tərtib edə biləcək həkimin dosyesini də tələb ediblər. Söhbət Kruger işarəsi olan döyüşçüdən gedir.

İndi müstəntiqlər hadisənin bütün hallarını aydınlaşdırır və iyul ayında baş vermiş epizodu təfərrüatı ilə yoxlayırlar. Daha sonra Paşayev sosial şəbəkələrdə yazıb ki, o, Ukraynaya məxsus kamikadze pilotsuz təyyarənin hücumundan sağ çıxa bilib.


Şərhlər

Yaz...