Tarix: 01.07.2024 / 16:40
Azərbaycanlı vəkil Pezeşkiana görə   döyüldü

Azərbaycanlı vəkil Pezeşkiana görə döyüldü

İran prezidentliyinə türk namizəd Məsud Pezeşkianı dəstəkləyən azərbaycanl vəkil Məhəmməd Təriqət radikal mühafizəkar siyasi cərəyanın namizədi Səid Cəlilinin tərəfdarları tərəfindən döyülüb.

Diaspora.TV xəbər verir ki, bu barədə yerli sosial media kanallarında məlumat yayılıb.

Radikallar Məhəmməd Təriqətin avtomobilinin arxa şüşəsində Məsud Pezeşkiana səs verməyə çağıran posterin olduğuna görə ona hücum ediblər.

Yayılan videolarda hücum edənlərin azərbaycanlı vəkilin avtomobilini saxlayaraq onu yerə düşürdükləri, həyat yoldaşı və azyaşlı qızının qarşısında güc tətbiq etdikləri bildirilir.

Şərqi Azərbaycan əyalətinin prokuroru Məhbub Əlilu hadisə ilə bağlı araşdırma aparıldığını deyib.

Yerli mənbələr vəkilə hücum edənlərin yarımhərbi "Bəsic" qüvvələrinin üzvü olduqlarını bildiriblər./GünazTV

Şərhlər

Yaz...