Tarix: 22.08.2024 / 22:00
Azərbaycanlı vəkil haqqında həbs   qərarı çıxarıldı

Azərbaycanlı vəkil haqqında həbs qərarı çıxarıldı

Tehran prokuroru Əli Salehi Almaniyada yaşayan tanınmış azərbaycanlı hüquqşünas Sina Yusifinin həbs cəzasına məhkum edildiyini bildirib.

Diaspora.TV xəbər verir ki, bununla bağlı Sina Yusifi dünən “X” hesabında paylaşım edib.

Sina Yusifi yazıb:

“Tehran prokuroru tərəfindən “ictimai düşüncəni çaşdırmaq məqsədilə sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq”da günahlandırılaraq 9 ay həbs cəzası almışam. Tvitlərimdə heç bir yalan məzmun yoxdur. Baxmayaraq ki, sizin (Tehran prokuroru) düşüncənizdə (hakimiyyətin) qanunsuz hərəkətlərdən, insan hüquqlarının geniş və aşkar şəkildə pozulmasından danışmaq yalan məlumatlar paylaşmaq sayılır".



Şərhlər

Yaz...