Tarix: 17.09.2024 / 22:50
Azərbaycanlı vəkil 46 millyonluq dələduzluqda   ittiham edilir

Azərbaycanlı vəkil 46 millyonluq dələduzluqda ittiham edilir

Xəbər verdiyimiz kimi, azərbaycanlı vəkil Elman Paşayevə qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Diaspora.TV Rusiya mediasına istinadən xəbər verir ki, azərbaycanlı keçmiş vəkil Elman Paşayevin həbs səbəbi bəlli olub.

Məlumata görə, Paşayev vəkillik edən vaxt “marafon kraliçası” Yelena Blinovskayanı vergidən yayınma işi üzrə cinayət məsuliyyətindən azad etmək üçün onun həyat yoldaşı Aleksey Blinovskidən 46 milyon rubldan çox pul alıb.

“Paşayev 46 milyon rubldan çox dələduzluqda şübhəli bilinir. O, Aleksey Blinovskini və arvadı Yelenanı cinayət məsuliyyətindən azad edəcəyinə söz verib”, - deyə, hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Paşayev Moskvada dələduzluqda şübhəli bilinərək saxlanılıb. İstintaq müəyyən edib ki, 2024-cü ilin fevralında Moskvada Aleksey Blinovski ilə şəxsi görüşü zamanı onu inandırıb ki, böyük pul mükafatı müqabilində Blinovskini və arvadı Yelenanı əvvəllər açılmış vergidən yayınma işi üzrə cinayət məsuliyyətindən azad edə bilər. Günahı sübuta yetirilərsə, keçmiş vəkili 10 ilə qədər həbs cəzası gözləyir. Gözlənildiyi kimi, sentyabrın 18-də hərbi məhkəmə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətinə baxacaq.

Şərhlər

Yaz...