Tarix: 28.09.2024 / 00:18
Azərbaycanlı Ukraynada nazir müavini  təyin olundu

Azərbaycanlı Ukraynada nazir müavini təyin olundu

Ukraynada icmaların və ərazilərin inkişafı nazirinin müavini vəzifəsinə əslən azərbaycanlı, Timur Firudin oğlu Məmmədov (Tkaçenko) təyin olunub.

Diaspora.TV ukrayna mediasına istinadla xəbər verir ki, Ukrayna Nazirlər Kabineti bununla bağlı sentyabrın 27-də qərar qəbul edib.

Qeyd edək ki, T.Məmmədov buna qədər Ukrayna strateji sənayelər nazirinin müavini olub. Onun atası Firudin Məmmədov Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri olub. F.Məmmədov 2023-cü ildə vəfat edib.

Şərhlər

Yaz...