Tarix: 16.09.2024 / 08:31
Azərbaycanlı “TIR” sürücüləri Rusiyada  “gözümçıxdıya salınır”

Azərbaycanlı “TIR” sürücüləri Rusiyada “gözümçıxdıya salınır”

Rusiyanın Novosibirsk vilayətində yüklərin daşınması zamanı guya çəkiyə nəzarəti pozduqlarına görə Azərbaycandan olan daşıyıcılara qarşı inzibati işlər açılıb. 

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Guya prokurorluq yoxlaması zamanı müəyyən edilib ki, Novosibirsk vilayəti ərazisinə daxil olan yük avtomobillərinin çəkisi yol verilən normadan 2 dəfə artıq olub. Bundan başqa, Azərbaycan vətəndaşları ağır yük avtomobillərini avtonəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası, taxoqrafı və avtonəqliyyat vasitəsinin yol hərəkətində iştiraka icazə verdiyini təsdiq edən diaqnostik kartı olmadan idarə ediblər. Onlara qarşı inzibati iş açılıb. 

Təqsirləndirilənlərdən hər biri 400 min rubl cərimə ödəməlidir.

Əcnəbi sürücülər qeyd edir ki, yük avtomobillərinə Rusiyada normadan artıq yük vurulması adi haldır.

Lakin nədənsə qaydalar RF müfəttişlərinin yadına Cənubi Qafqaz və Orta Asiyadan olan sürücülərə münasibətdə yada düşür. Rus sürücülərin avtomobillərinə ciddi nəzarət edilmir.

Şərhlər

Yaz...