Tblisidəki "Maarif" təşkilatı və eyni adlı qəzetin rəhbəri Ələddin Qarabağlı qaz partlaması səbəbi ilə ağır vəziyyətdə klinikaya yerləşdirilib.
Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, hadisə ötən gün Ələddin Qarabağlının ofisə gəldiyi zaman baş verib.
Bildirilib ki, o, ofisə daxil olan zaman içəridə qaz sızmasından xəbərsiz olub və elektirik lampasını yandırıb, bu zaman içəriyə dolan qaz nəticəsində güclü partlayış meydana gəlib.
Hazırda Ələddin Qarabağlı ağır yanıq xəsarətləri aldığı üçün, Tbilisi Yanıq Mərkəzinə yerləşdirilib.