Tarix: 18.10.2024 / 09:41
Azərbaycanlı təşkilat rəhbəri yanğında  həyatını itirdi

Azərbaycanlı təşkilat rəhbəri yanğında həyatını itirdi

“Maarif” təşkilatının rəhbəri, tanınmış ziyalı Ələddin Qarabağlı yanğın hadisəsi zamanı həyatını itirib.

Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, Ələddin Qarabağlı təşkilatın ofisində baş verən yanğın nəticəsində ağır yanıq xəsarətləri alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ələddin Qarabağlı Qardabani rayonunun Ağtəhlə kəndində doğulub. Ali təhsilini Gəncə Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində alıb. O, Ağtəhlə, Qaratəhlə kəndlərində müəllim, dərs-hissə müdiri, uzun müddət isə məktəb direktoru işləyib. 2001-ci ildə “Maarif” qəzetini, azyaşlılar üçün isə “Tumurcuq” uşaq qəzetini təsis edib.

Tanınmış ziyalı “Gürcüstanda Azərbaycandilli məktəblərin tarixi antologiyası” adlı əsərin də müəllifidir.

O, 2023-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

Şərhlər

Yaz...