Tarix: 12.07.2024 / 13:08
Azərbaycanlı tərcüməçinin həbs  müddəti   uzadıldı

Azərbaycanlı tərcüməçinin həbs müddəti uzadıldı

Molla rejimi “Mossad”a casusluqda günahlandırdığı azərbaycanlı sosial media fəalı, tərcüməçi və redaktor Hüseyn Şənbəzadənin həbs qərarı uzadıb.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bununla bağlı media fəalının qardaşı Abbas Şənbəzadə “X” hesabında paylaşım edərək onun həbs müddətinin uzadıldığını bildirib və yazıb ki, Hüseyn Şənbəzadə anası ilə görüşüb. Ona ayda iki dəfə görüş üçün icazə verilib.

Abbas Şənbəzadə 10 gün öncə qardaşının təkadamlıq kameradan həbsxananın ümumi bölməsinə köçürüldüyünü açıqlayıb.

Qeyd edək ki, Hüseyn Şənbəzadə ötən ay Ərdəbilə səfəri zamanı həbs edilib. Ona qarşı “Mossada casusluq etmək”, “müqəddəsləri təhqir etmək” ittihamları irəli sürülüb.

Şərhlər

Yaz...