Tarix: 02.09.2024 / 10:12
Azərbaycanlı tərcüməçi  12 il müddətinə    həbs edildi

Azərbaycanlı tərcüməçi 12 il müddətinə həbs edildi

Dünən Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Ərdəbil bölgəsindən olan və Tehranda yaşayan azərbaycanlı gənc tərcüməçi və media fəalı Hüseyn Şənbəzadəni ümumilikdə 12 il həbs və 50 milyon tümən cərimə cəzasına məhkum edib.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Molla rejimi azərbaycanlı gənci “İsrailin xeyrinə təbliğat aparmaq” ittihamı ilə 5 il, “müqəddəsləri təhqir etmək” ittihamı ilə 4 il, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” ittihamı ilə bir il və “sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq” ittihamı ilə isə iki il həbs və 50 milyon tümən cərimə cəzası verib.

Qeyd edək ki, Hüseyn Şənbəzadə iyun ayında Ərdəbilə səfəri zamanı “Mossada casusluq”da günahlandırılaraq həbs edilmişdi.


Şərhlər

Yaz...