Tarix: 20.08.2024 / 17:18
 Azərbaycanlı təqaüdçülər etiraz aksiyası   keçirdilər

Azərbaycanlı təqaüdçülər etiraz aksiyası keçirdilər

Avqustun 19-da Güney Azərbaycanın Zəncan, Təbriz və Urmiya şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri etiraz aksiyası keçiriblər.

Diaspora.TV xəbər verir ki, bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Adı çəkilən Azərbaycan şəhərləri ilə yanaşı İranın 8 şəhərində də təqaüdçülər oxşar istəklərlə aksiya keçiriblər./ GünazTV





Şərhlər

Yaz...