Tarix: 29.08.2024 / 16:40
Azərbaycanlı tələbənin məhkəmə iclası    keçirilib

Azərbaycanlı tələbənin məhkəmə iclası keçirilib

Dünən Təbriz Cinayət Məhkəməsində güneyli tələbə fəalı Ehsan Fəridiyə açılan cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Diaspora.TV xəbər verir ki, avqustun 3-də Təbriz İnqilab Məhkəməsində Ehsan Fəridinin məhkəmə işinin ilk iclası videokonfrans vasitəsilə keçirilib.

Qeyd edək ki, Ehsan Fəridi 72 gündür ki, Təbriz zindanında saxlanılır və indiyədək zaminə buraxılmayıb. O, iyunun 18-də Təbriz Prokurorluğuna çağırıldıqdan sonra zorla həbs olunub. Güneyli fəala qarşı hansı ittihamın irəli sürüldüyü hələlik bəlli deyil./GADTB



Şərhlər

Yaz...