İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Təbrizdə 17 yaşlı yeniyetmə Nigar Dabbağinin yaşadığı evə hücum ediblər.
Diaspora.TV xəbər verir ki, bu barədə Beynəlxalq insan haqları təşkilatları məlumat yayıb.
Noyabrın 13-də 17 yaşlı güneyli tələbə Nigar Dəbbaği İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Dekabrın əvvəlində isə 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Qeyd edək ki, Təbriz İnqilab Məhkəməsi Baharıstan Peşə Kollecinin tələbəsi olan Dəbbağiyə qarşı “insanları ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətməyə sövq etmək”, “İslam müqəddəslərini təhqir etmək”, “dövlət quruluşuna qarşı təbliğat aparmaq”, “ölkə rəsmilərini və məmurları təhqir etmək”, “ölkənin ali rəhbərini təhqir etmək” kimi ittihamlar irəli sürüb.