Tarix: 18.10.2024 / 12:10
Diasporlar tələbələrin potensialından istifadə etməlidir  - Ekspert

Diasporlar tələbələrin potensialından istifadə etməlidir - Ekspert

“Hazırkı Azərbaycan diasporu təhsil mərkəzlərinin və kursların yaranması ilə bağlı müəyyən addımların atılmasına maraqlı olmalıdır. Bu istiqamətdə işləyən bir neçə nümayəndəliklər var. Təəssüflər olsun ki, onların sayı azdır”.

Bunu Diaspora.TV-yə təhsil eksperti Elmin Nuri deyib. O, bir çox ölkələrdəki Azərbaycan diasporunun aktiv simalarının tələbələr olduğunu qeyd edib:

“Bu tələbələrin potensialından, onların innovativ yanaşma tərzindən, enerjilərindən maksimal dərəcədə istifadə etmək lazımdır. Bu istiqamətdə görüləcək işlərdən biri də diasporlarımız tərəfindən təhsil mərkəzlərinin yaradılması olmalıdır”.

Elmin Nuri əlavə edib ki, xarici ölkələrdə açılacaq təhsil mərkəzlərinin fəaliyyəti iki istiqamətdə olmalıdır:

“Birincisi, yerləşdikləri ölkədə Azərbaycanı, onun mədəniyyətini, elmini, təhsilini, ümumiyyətlə, Azərbaycan dəyərlərini təbliğ etmək, ikincisi isə həmin ölkədə yaşayan azərbaycanlıların həm özlərinə, həm də övladlarına müəyyən qədər təhsil xidmətləri göstərməkdir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızın övladlarına Azərbaycan dilini mənimsəməkdə yardım etməklə yanaşı, rəqslərimiz, dəyərlərimiz tədris edilə bilər. Bunun reallaşması həm milli özünüdərk, həm də qlobal dəyərlərin təbliği, eyni zamanda, təhsilin inkişafı baxımından faydalı olardı”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...