Tarix: 18.11.2024 / 14:30
Azərbaycanlı tələbələr universitet rəhbərliyindən    üzr istədi

Azərbaycanlı tələbələr universitet rəhbərliyindən üzr istədi

Moskva Maliyyə-Hüquq Universitetinin (MDU) azərbaycanlı tələbələri universitet rəhbərliyindən üzr istəyib və ekstremist şüarlar səsləndirmədiklərini izah ediblər.

Diaspora.TV xəbər verir ki, azərbaycanlı tələbələr tələsik nəticə çıxarmamağa çağırış ediblər. Həmçinin, etnik ədavətin qızışdırılmasında iştirak etmədiklərini sübut edəcək tam videonu dərc edəcəklərini vəd ediblər.

"16 noyabr şənbə günü hamımız bizə ünvanlanan bəd xəbərə oyandıq. Nə baş verdiyini başa düşmədik. Haqqımızda başdan-başa yalan və böhtanlar yazıblar. Biz Rusiyaya hörmət edirik və doğulduğumuz gündən orada yaşayırıq. Bizim rus millətindən olan çoxlu dostlarımız var ”, - deyə tələbələrdən biri bildirib.


Şərhlər

Yaz...