Tarix: 19.10.2024 / 14:30
Azərbaycanlı tələbələr siyasi məhbuslara dəstək    bəyanatı yayıblar

Azərbaycanlı tələbələr siyasi məhbuslara dəstək bəyanatı yayıblar

Təbriz Azad Universitetinin bir qrup tələbəsi və milli fəalları molla rejimin uzun müddətli həbsə məhkum etdiyi siyasi məhbuslara dəstək bəyanatı yayıblar.

Diaspora.TV xəbər verir ki, bəyanatda milli fəallar İran konstitusiyasından sitat gətirərək yazıblar ki, İranda əhali etnik mənsubiyyətindən və milliyətindən asılı olmayaraq bərabər hüquqlara malikdir, heç kəs öz fikrinə görə təhqir oluna bilməz.

Azərbaycanlı fəallar bəyantda siyasi məhbuslara ağır həbs cəzalarının verilməsini tənqid ediblər. Eyni zamanda, milli fəallara qarşı çıxarılan hökmləri pisləyir və bu addımlara tez bir zamanda son qoyulmasını tələb ediblər.

Qeyd edək ki, irqçi fars-molla rejimi 8 ay qeyri-müəyyən vəziyyətdə həbsdə saxladığı azərbaycanlı fəalları uzun müddətli həbslərə məhkum edib./GADTB


Şərhlər

Yaz...