Tarix: 18.11.2024 / 09:49
Azərbaycanlı tələbələr “rus xalqını parçalamağa”    çağırışlar ediblər?

Azərbaycanlı tələbələr “rus xalqını parçalamağa” çağırışlar ediblər?

Rusiya İstintaq Komitəsinin (İK) Moskva İdarəsi Moskva Maliyyə və Hüquq Universitetinin tələbələrini “rus xalqını parçalamağa” çağıran videoyazıya görə cinayət işi açıb.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə idarənin mərkəzi aparatının Telegram kanalında məlumat verilib.

İdarədən bildirilib ki, sosial şəbəkələrdə paytaxtın təhsil ocaqlarından birində əllərində xarici dövlətin bayrağı olan gənclərin “qeyri-qanuni şüarlar səsləndirməsi” ilə bağlı video yayılıb.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin istintaqı nəzarətə götürüb.

Şərhlərdə gənclərin çağırışlarının tərcüməsi ilə bağlı fikirlər bölünüb. Bəzi istifadəçilər tələbələrin “Rusları kəs, Azərbaycan”, digərləri isə “Yaşasın Azərbaycan” dediyini düşünür.

Şüarı səsləndirənlərin azərbaycanlı tələbələr olduğu ehtimal edilir.


Şərhlər

Yaz...