Tarix: 17.12.2024 / 10:43
Azərbaycanlı tələbə universitetdən   QOVULDU

Azərbaycanlı tələbə universitetdən QOVULDU

Azərbaycanlı tələbə fəalı və Tehran Universitetinin magistratura pilləsində təhsil alan Leyla Hüseynzadə təhsildən uzaqlaşdırılıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Azadİran məlumat yayıb.

Antropologiya üzrə magistr tələbəsi olan Leyla Hüseynzadə sosial media hesabında paylaşım edərək bildirib ki, o, diplom müdafiəsi etdikdən sonra universitetdən qovulub.

Onun sözlərinə görə, akademik göstəricilərinə girişinə də qadağa qoyulub.

Leyla Hüseynzadə bunu Tehran Universitetinin ziddiyyətli və düzgün olmayan fəaliyyətinin nümunəsi kimi qiymətləndirib.


Şərhlər

Yaz...