Tarix: 04.11.2024 / 16:00
Azərbaycanlı tələbə təkadamlıq    kamerada döyülüb

Azərbaycanlı tələbə təkadamlıq kamerada döyülüb

Təbriz zindanında həbsdə saxlanılan Tələbə Hərəkatı fəalı Armita Pavir köçürüldüyü təkadamlıq kamerada həbsxananın təhlükəsizlik işçilərinin hücumuna məruz qalıb.

Diaspora.TV xəbər verir ki, bununla bağlı azərbaycanlı tələbənin vəkili Qasım Bodi məlumat verib.

Bodinin sözlərinə görə, hücum nəticəsində Armita Pavir başından və boynundan zədə alıb.

Qeyd edək ki, Armita Pavir sonuncu dəfə 2023-cü il sentyabrın 21-də tutulub, o, “rəhbəri təhqir etmək”, “dövlət quruluşuna qarşı təbliğat aparmaq” “Şərqi Azərbaycan Şəhid Mədəni Universiteti öyrəncilərinin etiraz aksiyasında iştirak etmək” ittihamına görə 22 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib./GADTB

Şərhlər

Yaz...